“sirin.az"in məlumatına görə, rayonun Səbətlər kəndində ayılar yerli sakinlərə məxsus iribuynuzlu heyvanlara hücum edərək onları parçalayıb.
Kənd sakinləri - İsa Hüseynova məxsus camış, Sübhan Əhmədova məxsus inək tələf olub.
Həmçinin rayonun Xanəgah və Qımılqazma kəndlərinə 5 ayı hücum edərək yerli sakinlərə məxsus 20-yə yaxın xırdabuynuzlu heyvanı, inək və buzovu parçalayıb, tövləni isə dağıdıb.
Sakinlərin sözlərinə görə, hazırda kənd ərazisində və kəndə yaxın meşəlik ərazidə gəzmək təhlükəlidir.
Mübariz Muradov