Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Qubada yola düşən qaya parçaları belə götürüldü - Video-Yenilənib
 
						Qubada yola düşən qaya parçaları belə götürüldü 
							 - Video-Yenilənib
Əlavə olunub: 04.19.2025 | 11:05 | Baxılıb: 5534
Qubada qaya parçaları yola düşüb.

“sirin.az” xəbər verir ki, hadisə Quba-Qonaqkənd yolunun “Təngə dərəsi” adlanan ərazidən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hadisə nəticəsində yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Quba-Qonaqkənd yolunun 31-ci km-nə AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub:

“Qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri aparılır. Qısa müddətdə yolda hərəkət bərpa olunacaq”.

***

AAYDA-dan saytımıza verilən məlumata görə, Quba-Qonaqkənd yolunda hərəkət bərpa olunub. 

Lamiyə Məmmədova

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.