Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.08.2025 | 21:31 | Baxılıb: 1637
Qubada 8 Noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib.

“sirin.az” xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsi, daha sonra şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə rayonunun Şəhidlər xiyabanı ziyarət olunub. 

Ardınca rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Zəfər Günü münasibətilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazidə RİH tərəfindən təşkil olunmuş ağacəkmə aksiyasında iştirak ediblər.

Axşam saatlarında Zəfər Günü münasibətilə Nizami adına Mədəniyyət və İstirahət parkında möhtəşəm bayram konserti təşkil edilib. Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. 

Daha sonra respublikamızın tanınmış incəsənət ifaçıları və populyar müğənnilər musiqi nömrələri ilə çıxışlar ediblər.

Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub. 









Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.