Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 11:58 | Baxılıb: 276
DİN Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir.

“sirin.az” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, idarənin keçirdiyi növbəti tədbir zamanı Suraxanı rayonu Qum adası adlanan ərazidə qanunsuz balıq ovu ilə məşğul olan 48 yaşlı Həşim Göyçayev və əvvəllər məhkum olunmuş 41 yaşlı Natiq İsgəndərov saxlanılıblar.

Baxış zamanı onlardan 195 ədəd qanunsuz olaraq ovladıqları balıq, kustar üsulla hazırlanan ov alətləri, xüsusi mühərriklə təchiz edilən qayıq aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə su polisləri tərəfindən müvafiq dövlət qurumları ilə birgə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.