Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.22.2025 | 09:56 | Baxılıb: 8355
Türkiyənin idman səhifəsi “Zspor”un bloqeri Recep Kaya “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova sürpriz edib.

“sirin.az” xəbər verir ki, o, komandamıza İspaniyada “Atletik Bilbao” ilə keçiriləcək oyundan əvvəl dəstək videoçarxı hazırlayıb.

Belə ki, sözügedən videoçarxda İngiltərə, İran, Qazaxıstan, Almaniya, Türkmənistan, Belçika və Türkiyənin bir sıra şəhərlərindən insanlar “Qarabağ”a inandıqlarını və dəstək olduqlarını bildiriblər. 

Qurban Qurbanov videonu izləyərkən təsirlənib.

Bloqer R. Kaya da paylaşıma bu sözləri yazıb: “Qurban müəllimi “Atletik Bilbao” matçından əvvəl kövrəltdik”.

Qeyd edək ki, “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turunda İspaniyanın “Atletik Bilbao” klubu ilə üz-üzə gələcək.“San Mames” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Həmin videoçarxı təqdim edirik:

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.