“sirin.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Prokuror Adrian Skutarunun Yevgeniya Qutsulun ev dustaqlığının müddətinin iyulun 13-dən 30 gün müddətinə uzadılması ilə bağlı vəsatəti təmin edilib”, - hakim hökmündə deyilir.
Qaqauziya rəhbərinin vəkili Nataliya Bayram bildirib ki, hakimə təzyiq edildiyinə inandığı üçün bu qərara etiraz edəcək.
Xatırladaq ki, Y. Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı.