Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 13:50 | Baxılıb: 1344
“Barselona”nın braziliyalı hücumçusu Rafinya Dias La Liqanın ən əhəmiyyətli oyunlarından biri olan “Real”la matçda meydana çıxmaq şansını itirə bilər. 

“sirin.az” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun ötən ay zədələnməsi olub.

Belə ki, o, həm son üç klub oyununu, həm də Braziliya yığmasının oktyabr toplanışını buraxıb.

Mənbədə qeyd olunub ki, 28 yaşlı oyunçunun tezliklə sağalması gözlənilmir.

Buna görə də Rafinyanın “El-Klasiko”ya qədər forma geyinməsi real görünmür.

Qeyd edək ki, “Barselona” oktyabrın 26-da “Real”ın qonağı olacaq. Matç Bakı vaxtilə saat 19:00-da başlayacaq. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.