Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rafiq Abbasov məhkəmələrə qayıdır - Bu dəfə vəkil kimi
 
						Rafiq Abbasov məhkəmələrə qayıdır 
							 - Bu dəfə vəkil kimi
Əlavə olunub: 05.23.2025 | 10:48 | Baxılıb: 2891
5 ay əvvəl təqaüdə göndərilən tanınmış hakim Rafiq Abbasov yenidən məhkəmə salonlarına qayıdır.

“sirin.az"in əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sabiq hakimi Vəkillər Kollegiyasına üzv qəbul olunub. R.Abbasov and içərək rəsmi olaraq vəkil fəaliyyətinə başlayıb.

Uzun illər məhkəmə sistemində çalışan eks-hakim hüquqşünas olmaqla yanaşı, həm də ali təhsilli jurnalistdir. O, əvvəllər “Kirpi” satirik jurnalı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.

Hakimlik fəaliyyəti dövründə bir sıra rezonans doğuran cinayət işlərinə baxması ilə yadda qalan Rafiq Abbasov MTN generalları Mövlam Şixəliyev və Nizami Şirinov, 143 milyon manatlıq yeyinti işi üzrə mühakimə olunan general Nizami Məmmədov və digər zabitlərin cinayət işini araşdırıb.

O, həmçinin azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryana hökm çıxaran hakimlərdən biri kimi də yadda qalıb.

Sail Ağasəlim


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.