Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ramaldan danışıb kövrəldi - Video
 
						Ramaldan danışıb kövrəldi 
							 -  Video
Əlavə olunub: 05.13.2025 | 16:41 | Baxılıb: 9647
Xalq artisti Mələkxanım Eyubova qardaşı oğlu, müğənni Ramal İsrafilovdan danışarkən kövrəlib. 

“sirin.az” xəbər verir ki, o, “Həftənin qonağı” verilişində Ramala olan həssaslığından danışıb. 

“Ramalı o qədər çox istəyirəm ki... O, tənbəl deyil, elə desək, haqsızlıq olar. Tənbəl olsaydı, o boyda əsərlər yaratmazdı. Sadəcə hər efirə getmir, görünmür. İzzət Bağırovun verilişinə getməmişdən öncə Ramalla danışdım, dedi, gəlib götürəcəklər, istəyirsən səni də götürüm?

Dedim, yox, amma özü gecikdi efirə. Düşünürdülər ki, ona hirslənəcəyəm. Ramal gəldi, üzündə şeytan tükü var, qucaqladım, kövrəldim (ağlayır - red.). Qardaşım rəhmətə gedəndən sonra düşünürəm ki, onlarla daha da yaxın olmalıyam. Yadıma qardaşım düşdü, dedim qardaşımın yadigarlarıdır. Onları çox sevirəm. Bacı, qardaşıma verə bilmədiyim sevgini balalarında tapıram”, - Xalq artisti qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.