“sirin.az” xəbər verir ki, son oyun günündə gerçəkləşəcək iki matçdan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək.
“Real Madrid” doğma meydanda “Arsenal”ı qəbul edəcək. “Bavariya” isə səfərdə “İnter”in qonağı olacaq.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
23:00. “Real” (İspaniya) - “Arsenal” (İngiltərə) (ilk oyun - 0:3)
23:00. “İnter” (İtaliya) - “Bavariya” (Almaniya) (ilk oyun - 2:1)
Xatırladaq ki, “Barselona” və PSJ cavab görüşlərində məğlub olsalar da, ilk oyundakı nəticələrə əsasən, yarımfinala yüksəlib.