Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 00:46 | Baxılıb: 4537
“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem 21-ci əsrdə “Barselona” ilə matçda həm qol vuran, həm də məhsuldar ötürmə edən ən gənc oyunçu olmaqla yeni klub rekorduna imza atıb.

“sirin.az” xəbər verir ki, bu haqda “Opta” məlumat yayıb.

Belə ki, ingilis futbolçu (22 yaş 119 gün) “Barselona” ilə keçirilən matçda bir qol vurub və bir məhsuldar ötürmə edib.

Bu, 2023-cü ilin aprelində “Barselona” ilə “Real” oyununda Vinisius Juniorun (22 yaş 267 gün) rekordunu qırır.

Xatırladaq ki, oktyabrın 27-də baş tutan oyunda “Real Madrid” 2:1 hesabı ilə qalib gəlib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.