Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 13:45 | Baxılıb: 1156
“Real”ın kapitanı Dani Karvahal ciddi zədə alıb.

“sirin.az” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, ispaniyalı müdafiəçi sağ dizindən zədə alıb. Buna görə də o, əməliyyat olunacaq.

Futbolçunun 2-3 ay meydana çıxa bilməyəcəyi də deyilir.

Qeyd edək ki, Karvahal La Liqada 10-cu turda “Barselona” ilə matçda (2:1) zədələnib.

Xatıladaq ki, ötən ilin oktyabrında Karvahal çarpaz bağlarından zədələnmişdi. O bu il mayın sonunda yaşıl meydanlara qayıtmışdı. Sentyabrın sonlarında yenidən zədələnən futbolçu 3 həftə oyunlardan kənarda qalmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.