
“sirin.az” xəbər verir ki, bunu noyabrın 19-da ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova instaqram hesabında paylaşım edib.
O bildirib ki, bu kimi halların hamısı tərəfindən müvafiq qaydada şikayət olunacaq:
“Zərurət yarandığı təqdirdə aidiyyəti dövlət qurumlarına da rəsmi müraciətlər ediləcək. Xahiş edirəm, şəxsi məzmunumdan icazəsiz istifadə etməyin və mənim adımla ictimaiyyəti çaşdırmayın”.
Qeyd edək ki, sosial şəbəkələrdə R. İsmayılovanın videoları yayılaraq onların yeni olması ilə bağlı məlumatlar paylaşılmışdı.
Xatırladaq ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.