Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rəqsanəni hansı cəza gözləyir?
 
						Rəqsanəni hansı cəza gözləyir?
Əlavə olunub: 08.16.2025 | 19:22 | Baxılıb: 14334
Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova həbs edilib.

“sirin.az"in əldə etdiyi məlumata görə, müğənninin ittihamı xüsusilə külli miqdarda dələduzluq cinayətində aiddir.

Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.  Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

Hazırda iş üzrə ibtidai istintaqı polis aparır. Rəqsanə barəsində ilkin olaraq 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.