“sirin.az” xəbər verir ki, səfər çərçivəsində nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev, innovasiya, elm və texnologiya naziri Qila Qamliel, vençur fondları, texnoloji şirkətlər, Təl-Əviv Universitetinin nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Görüşlər zamanı iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanları müzakirə olunacaq.
Eyni zamanda innovasiya, süni intellekt, kibertəhlükəsizlik sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılacaq.