Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rəsmi Bakıdan Hindistanla Pakistana - Çağırış
 
						Rəsmi Bakıdan Hindistanla Pakistana 
							 - Çağırış
Əlavə olunub: 05.07.2025 | 10:52 | Baxılıb: 1606
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanat yayıb.

“sirin.az” xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir. 

Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.