“sirin.az” “Report”a istinadən xəbər verir ki, tədbirdə “Nazione” hərəkatının rəhbər heyəti və üzvləri, həmçinin İtaliyada fəaliyyət göstərən beyin mərkəzlərinin nümayəndələri, dekolonizasiya hüququ üzrə ekspertlər, eləcə də Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Korsika Xalqına Dəstək Qrupunun üzvü iştirak edəcək.
Konfrans çərçivəsində Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Korsika xalqının qarşılaşdığı əsas problemlər, habelə siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və digər məsələlər müzakirə ediləcək.
Bu xüsusda tədbirdə milli kimliyin və Korsika dilinin rəsmi statusunun tanınması, mədəni irsin qorunması, Korsika xalqının öz müqəddəratını təyin etmək hüququnun təmin olunması, BMT və digər beynəlxalq təşkilatların müvafiq mexanizmlərini rəhbər tutaraq, müstəqillik perspektivləri təhlil olunacaq.
Tədbirin yekununda mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.