Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Rus Evi”nin binasındakı lövhə sökülür - Video - Fotolar
 
						“Rus Evi”nin binasındakı lövhə sökülür 
							 - Video - Fotolar
Əlavə olunub: 02.11.2025 | 13:22 | Baxılıb: 6047
Bakıda “Rus Evi”nin yerləşdiyi binadakı lövhə və yazılar sökülür.

“sirin.az” “Report”a istinadən xəbər verir ki, artıq mərkəzin adının rus dilində yazılan hissəsi götürülüb.

Qeyd edək ki, “Rossotrudniçestvo"in Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir. Azərbaycan tərəfinin ölkədə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi gözlənilir.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.