“sirin.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
O, əksinə, Almaniyanın Rusiyaya hücum etmək planlarının olduğunu deyib: “Xristian Demokrat İttifaqının lideri Fridrix Merts daha da irəli gedib, o, ölkəmizlə “yaxın illərdə və onilliklərdə” qarşıdurmaya hazırlaşmağa çağırıb. Mən bunu aydınlaşdırmaq istəyirəm: ölkəmizin Almaniyaya hücum etmək planı yoxdur. Əgər Berlindən belə bəyanatlar gəlirsə, deməli, bu cür fikirlər məhz orada yaranır”.
Zaxarova xəbərdarlıq edib ki, Rusiya öz təhlükəsizliyinə istənilən təhdidin qarşısını qətiyyətlə alacaq: “Berlin və digər Avropa paytaxtlarında məsul şəxslər başa düşməlidirlər: Moskva militarist addımlara dərhal və sərt cavab verəcək. Məqsədimiz eskalasiya deyil, risklərin qarşısını almaqdır”.