Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiya bu gecə 115 dron zərərsizləşdirib
 
						Rusiya bu gecə 115 dron zərərsizləşdirib
Əlavə olunub: 04.15.2025 | 10:12 | Baxılıb: 1110
Rusiyanın hava hücumundan müdafiə vasitələri gecə boyu ölkənin bölgələri üzərində Ukrayna ordusuna məxsus 115 pilotsuz uçuş aparatını zərərsizləşdirib.

“sirin.az” xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Kursk vilayəti üzərində 109, Voronejdə 3, Moskva, Bryansk və Orlov vilayətlərində isə 1 təyyarətipli PUA vurulub.

Məlumata görə, Kurskda hücum nəticəsində 85 yaşlı qadın həlak olub, daha 9 nəfər isə xəsarət alıb. Bununla yanaşı, bir neçə evdə yanğın qeydə alınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.