“sirin.az” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, razılaşmaların icrası üçün ciddi səylər göstərilib.
“Rusiya İstanbulda verdiyi vədləri yerinə yetirib”, - deyə Peskov əlavə edib.
Qeyd edək ki, İstanbulda keçirilən iki raund danışıqların nəticəsində tərəflər əsir mübadiləsi barədə razılığa gəlib. Əməliyyatlar çərçivəsində 9, 10, 12 və 14 iyun tarixlərində Rusiya və Ukrayna dörd qrup hərbçini qarşılıqlı şəkildə geri qaytarıb.
Bundan əlavə, Rusiya 6060 Ukrayna hərbçisinin meyitini Kiyevə təhvil verib, əvəzində isə 78 rus əsgərin cəsədini qəbul edib.