“sirin.az” Rusiyanın “Ura.ru” agentliyinə istinadən xəbər verir ki, həmin şəxsin 30 yaşlı H.Əliyev adlı azərbaycanlı sahibkar olduğu məlum olub.
Məlumata görə, azərbaycanlı şəxsin istehsal etdiyi dondurmalarda 0,6-0,7% alkoqol aşkar edilib.
Qeyd olunub ki, bundan əvvəl sahibkara qanun pozuntularının aradan qaldırılması və spirtli dondurmaların satışdan çıxarılması tələbi ilə bildiriş göndərilib. Lakin o bu tələbə məhəl qoymayıb. Nəticədə isə külli miqdarda cərimə edilib.