Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada general saxlanıldı
 
						Rusiyada general saxlanıldı
Əlavə olunub: 04.23.2025 | 00:30 | Baxılıb: 3572
Moskvada Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi, general-mayor Mixail Varentsov xüsusilə külli miqdarda dələduzluqla bağlı cinayət işi çərçivəsində saxlanılıb.

“sirin.az” xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarının nümayəndəsi məlumat verib.

Onun Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasova qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığı deyilir.

Bildirilir ki, hazırda generalla bağlı istintaq aparılır və onun nəticələrinə əsasən barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar veriləcək. Məlumata görə, istintaq Varentsovun həbsini tələb edəcək.

Qeyd edək ki, Nikolay Çepkasov bir ay əvvəl həbs edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.