Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyada “Taliban”a qoyulan qadağa ləğv edildi
 
						Rusiyada “Taliban”a qoyulan qadağa ləğv edildi
Əlavə olunub: 04.17.2025 | 16:55 | Baxılıb: 1596
Rusiyanın Ali Məhkəməsi “Taliban” hərəkatının ölkədə fəaliyyətinə qoyulan qadağanı ləğv edib. 

“sirin.az” “Kommersant”a istinadən xəbər verir ki, məhkəmə Rusiya Baş prokurorluğunun müraciəti əsasında bu barədə qərar çıxarıb. 

Məhkəmə iclası qapalı rejimdə keçirilib və qərar qəbul edildiyi andan qüvvəyə minib. 

Qeyd edək ki, 2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin terrorizmi təbliğ etməyi, ona haqq qazandırmağı və dəstəkləməyi dayandıran təşkilatların terrorçu təşkilat siyahısından çıxarılmasını nəzərdə tutan qanunu imzalayıb. Ali Məhkəmənin qərarı “Taliban”ı sözügedən siyahıdan çıxarmağa imkan verir.

Onu da bildirək ki, Rusiya 2003-cü ilin fevralında hazırda Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatını Ali Məhkəmənin qərarı ilə qadağan etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.