Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı - Açıqlama
 
						Rusiyadan azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı 
							 - Açıqlama
Əlavə olunub: 06.28.2025 | 12:12 | Baxılıb: 7790
Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb.

“sirin.az” xəbər verir ki, açıqlamada deyilir:

“İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin əməkdaşları Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsinin (SOBR) dəstəyi ilə ötən illərdə törədilmiş cinayətlər üzrə cinayət işlərinin istintaqı çərçivəsində bir sıra tədbirlər həyata keçirib.

Tədbirlər çərçivəsində Yekaterinburq ərazisində ötən illərdə baş vermiş cinayətlərin törədilməsində şübhəli bilinən bir sıra şəxslər saxlanılıb, həmçinin həmin şəxslərin yaşadıqları ünvanlarda axtarışlar aparılıb. Saxlanılan şəxslərin bu və digər cinayətlərdə iştirakları yoxlanılır. İstintaqın məxfiliyi ilə bağlı indiki mərhələdə daha ətraflı məlumat açıqlanmır”.

Xatırladaq ki, Rusiyanın Yekaterinburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Nəticədə hər iki şəxs və onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüb.

Qeyd edək ki, Azərbaycan XİN də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən hücumlarla bağlı bəyanat yayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.