Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı
 
						Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı
Əlavə olunub: 06.28.2025 | 13:44 | Baxılıb: 3783
Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.  

“sirin.az” xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb.

“Rusiya tərəfinə iyunun 27-si həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.

Məsələnin araşdırılması, zorakılıq törədən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb”, - məlumatda deyilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.