Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyanın “əl işi”... - Foto
 
						Rusiyanın “əl işi”... 
							 - Foto
Əlavə olunub: 06.29.2025 | 15:20 | Baxılıb: 7439
Xəbər verdiyimiz kimi, Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəmə prosesi keçirilir.

“sirin.az"in məlumatına görə, məhkəməyə gətirilən və barəsində həbs-qətimkan tədbiri seçilən Ayaz Səfərov şiddətli döyüldüyünü bildirib.

İşgəncə izləri Səfərovun üzündə açıq-aydın görünür.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə keçirilən xüsusi əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də var. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

Onlar saxlanılan zaman vəhşicəsinə döyüldüyünü, elektrik cərəyanına verildiyini bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.