Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.23.2025 | 14:22 | Baxılıb: 2796
Bu gün Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sahil Mühafizəsinin “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi Bakı limanına səfər edib. 

“sirin.az” xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Səfər çərçivəsində Azərbaycan və Rusiya nümayəndə heyətləri tərəfindən hər iki ölkənin sərhəd mühafizə qurumları arasında keçirilmiş tədbirlər, Xəzər dənizində mövcud əməliyyat şəraiti barədə fikir mübadiləsinin aparılması, birgə əməliyyat-profilaktik tədbirləri zamanı qarşılıqlı əlaqələrin nəticələrinin müzakirəsi, eləcə də sərhəd nümayəndəliyi aparatları arasında məlumat mübadiləsinin dəqiqləşdirilməsi nəzərdə tutulub.

Səfər müddətində “Sərhədçi” İdman Mərkəzində Azərbaycan və Rusiya Sahil Mühafizəsi nümayəndələri arasında futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi, qarşılıqlı qaydada tərəflərin sərhəd gözətçi gəmilərinin ziyarət edilməsi planlaşdırılır.

Mədəni tədbirlər çərçivəsində qonaqların “Heydər Əliyev Mərkəzi” və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna səfəri, həmçinin Bakı şəhərinin mədəni-tarixi abidələri ilə tanışlığı təşkil edilir.









Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.