Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?
 
						Rusiyaya Azər Badamovdan başqa, hansı deputatlar gedib?
Əlavə olunub: 05.05.2025 | 10:27 | Baxılıb: 5024
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib.

Tədbirin təşkilatçısı Abşeron Rayon İcra Hakimiyyətindən “sirin.az”ya verilən məlumata görə, Azər Badamovdan başqa, Elman Nəsirov da həmin nümayəndə heyətində olub.

Həmkarından fərqli olaraq, Elman Nəsirovun Rusiyaya girişinə icazə verilib.

Deputat Azər Badamov isə məsələ ilə bağlı hələ ki heç bir açıqlama verməyib.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.