
“sirin.az” “Sky News”a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.
Makronun sözlərinə görə, sanksiyalar Rusiyanın müharibənin maliyyələşdirilməsi imkanlarına təsir göstərməlidir. O həmçinin “Könüllülər koalisiyası”nın Ukraynaya dəstəyinin artırılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də həmin şirkətlərin 34 törəmə strukturlarını yeni sanksiya paketinə daxil edib.