“sirin.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” Dövlət Departamentinin keçmiş yüksəkvəzifəli məmuru Deniel Fridə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi variantlarını öyrənir. Belə ki, Amerika lideri Rusiyanın Ukraynadakı münaqişənin həllində maraqlı olmadığına inandığı halda departamentlər bu variantı nəzərdən keçirəcək.
Qeyd edək ki, aprelin 12-də Tramp Rusiyaya qarşı ABŞ-nin keçmiş Prezidenti Co Baydenin təqdim etdiyi sanksiyalar paketinin müddətinin bir il uzadılması barədə Fərman imzalayıb.