
“sirin.az” lenta.ru-ya istinadən xəbər verir ki, bu, Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzinin apardığı rəy sorğusunun nəticələrindən məlum olub.
Son sosioloji sorğuya əsasən, rusiyalıların 74,5 faizi Putinin fəaliyyətini bəyənir, 15,6 faizi isə onun işini mənfi qiymətləndirir. Bundan başqa, vətəndaşların 77,8 faizi dövlət başçısına etibar etdiyini, 17,1 faizi isə etibar etmədiyini bildirib.
Rəy sorğusu oktyabrın 13-19-ü 18 yaşından yuxarı 1600 Rusiya vətəndaşı arasında telefon vasitəsilə aparılıb.
Qeyd edək ki, 3-5 oktyabr tarixlərində keçirilmiş əvvəlki rəy sorğusunda respondentlərin 79 faizi V.Putinə inandığını bildirmişdi.