Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Rza Pəhləvi iranlıları üsyana səslədi - “Ayağa qalxmaq vaxtıdır”
 
						Rza Pəhləvi iranlıları üsyana səslədi 
							 - “Ayağa qalxmaq vaxtıdır”
Əlavə olunub: 06.18.2025 | 00:41 | Baxılıb: 9774
İranın keçmiş vəliəhd şahzadəsi Rza Pəhləvi bildirib ki, İranda hakimiyyət dəyişikliyi üçün imkan yaranıb.

“sirin.az” xəbər verir ki, devrilmiş İran şahının oğlu bu barədə “X” hesabında müraciət yayıb:

“İslam Respublikası sona çatdı və süqut etməkdədir. Bu kabusa əbədi olaraq son qoymaq üçün yalnız milli üsyan lazımdır. İndi ayağa qalxmaq, İranı qazanmaq vaxtıdır. İslam respublikasının süqutundan sonrakı proses sizi narahat etməsin. İran qeyri-sabitlik və ya vətəndaş müharibəsi dövrünə girməyəcək”.

Qeyd edək ki, onun atası, Pəhləvilər sülaləsinin sonuncu şahı Məhəmmədrza şah Pəhləvi, 1979-cu ildə İslam İnqilabı tərəfindən devrilməmişdən əvvəl İsraillə isti əlaqələr qurmuşdu.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.