Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Saakaşvili 9 il azadlıqdan məhrum edildi
 
						Saakaşvili 9 il azadlıqdan məhrum edildi
Əlavə olunub: 03.12.2025 | 10:54 | Baxılıb: 6572
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili 9 il müddətə azadlıqdan məhrum edilib.

“sirin.az” Gürcüstan mediasına istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə hakim Badri Koçlamazaşvili onu 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib.

Prokurorluq iddia edib ki, 2009-cu il mayın 1-dən 2013-cü il fevralın 25-dək M. Saakaşvilinin göstərişi və təşkilatçılığı ilə onun şəxsi məqsədləri üçün dövlət büdcəsindən 9 milyon lari (həmin illərdə təxminən 5,4 milyon dollar) mənimsənilib.

Onu da bildirək ki, Saakaşvili barəsində 2007-ci ilin noyabrında baş verən hadisələr və ölkə sərhədini qanunsuz keçməsinə dair başladılan işlər üzrə məhkəmə prosesləri davam etdirilir. 

Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb.

Gürcü siyasətçi iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.