Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Saakaşvilinin partiyasına qadağa qoyulacaq
 
						Saakaşvilinin partiyasına qadağa qoyulacaq
Əlavə olunub: 03.27.2025 | 22:40 | Baxılıb: 1674
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyası və ona bağlı partiyalar konstitusiyaya zidd elan olunacaq.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

“Artıq indiki mərhələdə aydın görünür ki, istintaq komissiyasının rəyi bu partiyaları konstitusiyaya zidd elan etmək üçün möhkəm hüquqi baza olacaq və mən əminəm ki, obyektiv qərar veriləcək. Partiyalar bu ölkədə nəinki yerli özünüidarə orqanlarına seçkilərdə, heç bir başqa seçkidə də iştirak edə bilməyəcək”, - deyə o, brifinqdə bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.