Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sabah hava necə olacaq?
 
						Sabah hava necə olacaq?
Əlavə olunub: 05.13.2025 | 12:38 | Baxılıb: 3906
Mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “sirin.az”ya verilən məlumata əsasən, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.