Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.10.2025 | 09:46 | Baxılıb: 3718
Ötən gecə Sabirabadda toy mərasimində bıçaqlanan şəxs xəstəxanada ölüb.

“sirin.az” xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü kənd sakini Telxas Telman oğlu İsrafilov toy mərasimində bıçaq xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılsa da, əməliyyat zamanı vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Qaragüney kənd sakini Xəqani Muradov polis tərəfindən saxlanılıb.

Bildirilib ki, hadisə sərxoş halda olan şəxslərin mübahisəsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.