Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.07.2025 | 13:30 | Baxılıb: 2640
Ötən gün Sabunçu Rayon İcra Hakimiyyətinin və YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə “Zəfər təntənəsi” adlı bayram tədbiri keçirilib. 

“sirin.az” xəbər verir ki, “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş Beynəlxalq Muğam Mərkəzinin “Buta” İnstrumental Ansamblının iştirakı ilə baş tutub.

Tədbirdə Sabunçu RİH başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, RİH başçısının müavinləri, aparatının əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və digər nümayəndələri iştirak ediblər.

İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbir Beynəlxalq Muğam Mərkəzinin “Buta” İnstrumental Ansanblının ifasında möhtəşəm konsert proqramı ilə davam edib.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.