Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü - Fotolar
 
						Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü 
							 - Fotolar
Əlavə olunub: 04.07.2025 | 13:52 | Baxılıb: 1567
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

“sirin.az” xəbər verir ki, Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluq qeyd edilərək, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb.

Ali və yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilərək, bildirilib ki, bu səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, geniş əməkdaşlıq əlaqələrinə mailk olmasından məmnunluq ifadə edilib. Bunun insanlarımız arasında təmasların daha da sıxlaşdırılması üçün vacibliyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Özbəkistan paytaxtının Parlamentlərarası İttifaqın 150-ci Assambleyasına yüksək səviyyədə evsahibliyi etdiyini qeyd edərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı haqqında da məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.