Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Sahil Babayev iki rəisi çıxardı - Foto
 
						Sahil Babayev iki rəisi çıxardı 
							 - Foto
Əlavə olunub: 04.03.2025 | 16:31 | Baxılıb: 15664
Maliyyə Nazirliyində iki yüksəkvəzifəli şəxs işdən azad edilib.

“sirin.az” Bakupost.az-a istinadən xəbər verir ki, qurumun Aparatının strukturunda və ştat vahidlərinin struktur bölmələri üzrə bölgüsündə təkmilləşdirmələr aparılıb.

Eyni zamanda, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Elman Piriyev və nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayevin dövlət qulluğuna öz arzuları ilə xitam verilib.

Məlumat Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsi tərəfindən təsdiq edilib.

Fotoda: Elman Piriyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.