“sirin.az” xəbər verir ki, o, əyalətin valisi Bəhram Sərmətslə görüşüb.
Görüşdə əyalətin Azərbaycan-İran əlaqələrində mühüm rolu vurğulanıb və Azərbaycanın regionları ilə iqtisadi-ticari əməkdaşlığının genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Ş.Mustafayev əyalətə səfəri çərçivəsində İranın yol və şəhərsalma naziri, Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeqlə birgə Araz dəhlizi üzrə həyata keçirilən Ağbənd-Kəlalə körpüsünə, Culfa-Kəlalə yoluna da baş çəkərək körpünün tikintisi və yolun genişləndirilməsinin icra vəziyyəti ilə yerində tanış olub.
Səfər çərçivəsində həmçinin tikilməsi nəzərdə tutulan Ordubad-Siyahrud körpüsünün yerləşmə nöqtəsi üzrə mövcud imkanlar müzakirə edilib və yerləşmə ərazisinə baxış keçirilib.