Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.13.2025 | 12:26 | Baxılıb: 2771
Azərbaycan yığmasının və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına açıqlama verib.

“sirin.az"in məlumatına görə, o, açıqlamasında yığmamızın üç gün öncə 0:3 hesabı ilə uduzduğu Fransa millisinin hücumçusu Kilian Mbappe və Portuqaliyanın ulduzu Kriştianu Ronaldonu müqayisə edib.

Hər iki futbolçuya qarşı oynayan Ş.Məhəmmədəliyev bunları deyib: “Mbappe çox güclüdür. Televizorda onun hərəkətlərinin sürəti realdakı qədər hiss olunmur. Onunla üz-üzə gələndə bu sürəti daha aydın görürsən. Hazırda Mbappe özünün ən yaxşı formasındadır. Ronaldo da inanılmaz futbolçudur, xüsusən də qollar vurmaq baxımından. O, meydanda daim təhlükə yaradırdı, bir anlıq boşluq belə buraxmaq olmazdı. Mbappe isə bir qədər fərqli oyunçudur. Onun əsas gücü sürətində və driblinq qabiliyyətindədir. Hər iki futbolçu dünya səviyyəsindədir, amma onların oyun üslubları fərqlidir”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.