Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Şakir Paşa”nın oğlu saxlanıldı
 
						“Şakir Paşa”nın oğlu saxlanıldı
Əlavə olunub: 04.03.2025 | 12:44 | Baxılıb: 2816
Türkiyədə hazırda yayımlanan “Şakir Paşa ailesi: Mucizeler ve skandallar”da rol alan aktyor Cem Yiğit Üzümoğlu saxlanılıb.

“sirin.az” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, aktyorun saxlanılmasına səbəb onun boykot çağırışları etməsi olub.

Qeyd edək ki, C. Üzümoğlu sözügedən serialda “Şakir Paşa”nın oğlu “Cevat Şakir” obrazını canlandırır.

Xatırlıadaq ki, ötən gün türkiyəli aktrisa Aybüke Pusat boykot çağırışları ilə bağlı paylaşımına görə TRT-də yayımlanan “Teşkilat” serialının heyətindən çıxarılıb. Daha sonra aktyor Furkan Andıç sosial şəbəkə hesabında sevgilisi Aybükeyə dəstək olduğu üçün “TRT Tabii” üçün çəkilən “Muhabir” serialından kənarlaşdırılıb. Həmçinin aktyor Boran Kuzum da sosial mediada boykot çağırışlarını dəstəkləyən paylaşımlar etdiyi üçün “Bir ruh macerası” serialının çəkilişlərinə 1 gün qalmış komandadan çıxarılıb.




Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.