Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Şakira xəstəxanaya yerləşdirildi
 
						Şakira xəstəxanaya yerləşdirildi
Əlavə olunub: 02.17.2025 | 10:15 | Baxılıb: 4249
Dünyaşöhrətli müğənni Şakira xəstəxanaya yerləşdirilib.

“sirin.az” “Hello Magazine” nəşrinə istinadən xəbər verir ki, buna səbəb onun mədə ağrısından ciddi şəkildə əziyyət çəkməsi olub.

Nəticədə Şakiranın Perunun Lima şəhərində fevralın 16-na planlaşdırılan konserti ləğv edilib.

Müğənni bununla bağlı sosial şəbəkə hesabında da paylaşım edib:

“Təəssüf ki, qarın nahiyəmdəki problemə görə dünən gecə təcili yardıma getməli oldum və hazırda xəstəxanadayam. Həkimlər dedilər ki, bu axşam səhnəyə çıxacaq qədər yaxşı deyiləm, buna görə də çox kədərlənirəm. Peruda pərəstişkarlarımla yenidən görüşməyi səbirsizliklə gözləyirdim. Ümid edirəm ki, sabah daha yaxşı olub tez bir zamanda xəstəxanadan çıxacağam və sizin üçün hazırladığım şounu təqdim edəcəyəm”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.