“sirin.az” xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri iştirak edib.
İftar məclisində Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazısı, Şamaxı Cümə Məscidinin axundu Hacı Mərəhmət Mustafayev tədbir iştirakçılarını salamlayaraq dövlət tərəfindən dini-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan söhbət açıb.
Tədbirdə Qurani-Kərimdən ayələr oxunub, dualar səsləndirilib.