
“sirin.az” xəbər verir ki, tədbir hüquq mühafizə oqranlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon icra hakimiyyəti aparatının işçilərinin iştirakı ilə keçirilib.
Çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30 illiyi münasibəti ilə tədbir iştirakşılarını təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyanın qəbul olunmasının müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olduğunu bildirib. Natiq çıxışında həmçinin bü gün bütöv və suveren ölkəmizin hər bir bölgəsində Konstitusiya quruluşunun tam təmin olunduğunu, cəmiyyətimizin inkişafında, hüquq və azadlıqların qorunmasında əsas qanun olaraq rolundan geniş söhbət açıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının direktoru Tünzalə Yusifova çıxışında xalqın tələbi ilə Ulu Öndərin yenidən hakimiyyətə gəlişindən sonra müstəqil dövlətimizin əsas qanununun qəbul olunmasındaki xidmətlərindən, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cəmiyyətimizin inkişafı naminə bu istiqamətdə apardığı uğurlu islahatlardan söhbət açaraq 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasının əhəmiyyətini diqqətə çatdırıb.




