“sirin.az” xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq onun əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.
Öncə Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
17 İyun – Tibb işçilərinin Peşə bayramına həsr edilən layihənin əsas məqsədi tibb işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulması olub.
Yarışda Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ, Şəki, Balakən, Zaqatala, Oğuz və Qax rayonlarının Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) şura üzvləri və Şəki Tibb Kollecinin tələbələri olmaqla ümumilikdə 140 nəfər iştirak edib. Yarışın yekununda qadın və kişi iştirakçılar arasında ilk üçlükdə yer alanlara diplom, medal, hədiyyələr təqdim olunub və qaliblər 8 iyunda Xankəndi şəhərində keçiriləcək final yarışına vəsiqə qazanıblar.
Tədbirin bədii hissəsində “Şamaxı təranələri” qrupu və uşaqlardan ibarət ansablın ifaları səslənib.
Sonda qonaqlara və iştirakçılara çay süfrəsi təqdim edilib.