“sirin.az” xəbər verir ki, Aqil Tağıyev adlı feysbuk istifadəçisi tuneldəki dirəklərdən birinin zədələndiyini, təkcə üzlüyünün qopmadığını, eyni zamanda beton hissədə də aşıntı getdiyini bildirib. O, səhifəsində tuneldən çəkdiyi videonu da paylaşaraq aidiyyəti qurumların məsələni nəzarətə götürməsinin vacibliyini vurğulayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, ərazidə hər hansı təhlükəli vəziyyət yoxdur: “Orada üzlük daşların bir hissəsi qopub. Yerinə bərpa olunacaq”.
Həmin görüntüləri təqdim edirik: