Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Samir Şərifov İspaniyanın dövlət katibi ilə görüşdü
 
						Samir Şərifov İspaniyanın dövlət katibi ilə görüşdü
Əlavə olunub: 03.11.2025 | 17:53 | Baxılıb: 1987
Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov bu gün İspaniya Krallığının İqtisadiyyat, Ticarət və Biznes Nazirliyinin ticarət üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşüb. 

“sirin.az” xəbər verir ki, görüşdə iki ölkə arasında Strateji İqtisadi Dialoqun birinci iclasının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Həmçinin Azərbaycan-İspaniya Biznes Forumunun və Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes Nazirliyi arasında “Strateji İqtisadi Əməkdaşlığa dair Anlaşma Memorandumu"in imzalanmasının iqtisadi əlaqələrin gücləndirilməsinə təkan verəcəyinə ümidvarlıq ifadə olunub.

S.Şərifov ötən ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İspaniya Krallığı Hökumətinin Sədri Pedro Sançez arasında baş tutmuş görüşün ikitərəfli əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini qeyd edib.   

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.