Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Saray körpüsü açıldı - Fotolar
 
						Saray körpüsü açıldı 
							 - Fotolar
Əlavə olunub: 03.18.2025 | 11:23 | Baxılıb: 10838
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təmir işləri yekunlaşıb və körpü istismara verilib.

“sirin.az” xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev sosial şəbəkə hesabında paylaşım edib. 

Yenidənqurmadan sonra körpüdə avtomobillər üçün 4 hərəkət zolağı ilə yanaşı, piyadaların da hərəkəti üçün şərait yaradılıb.

Qeyd edək ki, uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir. Körpünün ümumi eni 21.6 metrdir və iki gediş, iki dönüş olmaqla, 4 hərəkət zolağı var.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.